Azərbaycan İdman Akademiyasının tələbələri və əməkdaşı Avropa İttifaqının “Erasmus+” mübadilə proqramında iştirak üçün Avropanın müxtəlif ölkələrinə yola düşürlər.
Belə ki, 2024-2025-ci tədris ilinin yaz semestrində mobillillik proqramı çərçivəsində İdman məktəbinin “Məşqçilik” təhsil proramının ll kurs tələbəsi Gülsənəm Ağayeva və Menecment məktəbinin “İdman menecmenti və kommunikasiya” təhsil proqramının III kurs tələbəsi Fatimə Həsənova Litvanın Litva İdman Universitetində, İdman məktəbinin “Məşqçilik” təhsil proramının II kurs tələbəsi Zəhra Əsgərova Rumıniyanın Ştefan Cel Mare Universitetində təhsilini davam etdirəcək.
Həmçinin Sağlamlıq məktəbinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” təhsil proqramının assistenti Leyla Təhməzli Çexiyanın Karlov Universitetinin Bədən Tərbiyəsi və İdman Fakültəsində könüllülük proqramında iştirak etmək hüququ qazanıb.
Bu münasibətlə Azərbaycan İdman Akademiyasının rəhbərliyi onlarla görüşüb, “Erasmus+” mübadilə proqramında iştirak hüququ qazanmaları münasibətilə təbrik edib.
Tələbələr Azərbaycan İdman Akademiyasında onlara yaradılan şərait üçün rektor və professor-müəllim heyətinə təşəkkürlərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.