Martın iyirmisində Gürcüstan və Ermənistan milli futbol komandaları Millətlər Liqasının pley-off mərhələsində iki dəfə qarşılaşacaqlar. Tbilisidə baş tutacaq ilk görüşün biletləri artıq satışda deyil.
Gürcüstanda futbol üzrə Ermənistan milli komandası ilə UEFA Millətlər Liqası oyununa bütün biletlər satılıb. Bu barədə Gürcüstan milli komandasının portalında yerləşdirilən məlumatda deyilir.
Martın 23-də Tbilisinin ev sahibliyi edəcəyi matçın bilet satışına bu cümə axşamı yerli vaxtla saat 12:00-da start verilib. Cəmi bir neçə saat ərzində bütün biletlər satılıb qurtardı. İrəvandakı qarşılaşma martın 20-nə təyin edilib.
Xatırladaq ki, hazırda hər iki komandaya əcnəbi mütəxəssislər rəhbərlik edir. Gürcüstan yığmasını fransalı Villi Sanol, Ermənistan yığmasını isə hollandiyalı Con van 't Şip çalışdırır.
Ermənistan və Gürcüstan yığmaları 2020-ci ildə son görüşlərini keçirib. Oktyabrda komandalar 2:2 hesablı heç-heçə oynayıb, noyabrda isə Ermənistan komandası 2:1 hesabı ilə daha güclü olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.