Erməni azarkeş “Qarabağ”ın oyununda təxribat törətməyə çalışdı – Fotolar
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb.
Onun məhz bu dəqiqədə meydana çıxması isə əbəs deyil. Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.
Ağdam klubunun kapitanı Rəşad Sadıqov dərhal həmin şəxsə etirazını bildirib. Mühafizəçilər isə onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. Bu üzdən həmin dəqiqələr efirdə göstərilməyib.