Azərbaycan komandası Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında finala yüksəlib. O, Monteneqro millisini 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan milli komandası Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında finala yüksəlib.
Yarımfinalda Azərbaycan idmançıları Monteneqro yığması ilə qarşılaşıblar. Məşqçi Elşad Quliyevin yetirmələri rəqibini 2:1 hesabı ilə məğlub edib.
Matçın gedişində futbolçular Ağaseyid Qasımov və Ramiz Çovdarov xüsusilə fərqləniblər.
Çempionatın finalında Azərbaycan Macarıstan - Serbiya cütünün qalibi ilə qarşılaşacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.