AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq

  • + A
  • - A
  • Bu gün, 09:29

    Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq

    Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə bu gün yekun vurulacaq.

    İkinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

    Raundun bütün görüşləri PFL-in "AzPFL" yutub kanalında canlı yayımlanacaq.

    Azərbaycan Kuboku

    I təsnifat mərhələsi

    10 oktyabr

    14:00. "Göygöl" – "Şəmkir"

    Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov.

    Hakim-inspektor: Əmrah İbrahimov.

    AFFA nümayəndəsi: Mübariz Hüseynov.

    Göygöl Olimpiya İdman Kompleksinin stadionu

    14:00. "Quba" – "Xankəndi"

    Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov.

    Hakim-inspektor: Zöhrab Qədiyev.

    AFFA nümayəndəsi: Yavər Rəhimov.

    Quba Olimpiya İdman Kompleksinin stadionu

    Qeyd edək ki, dünən gerçəkləşən görüşlərdə "Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edərək Azərbaycan Kubokunun II təsnifat mərhələsinə yüksəliblər.("Report")


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR