AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millimiz ilin ilk oyununa çıxır

  • + A
  • - A
  • 27-03-2026, 11:27

    Millimiz ilin ilk oyununa çıxır


    Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

    “Azadmedia.az” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

    Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

    Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

    Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

    FIFA Series – 2026

    27 mart 19:00.

    Azərbaycan – Sent Lüsiya

    Baş hakim: Giorgi Kruaşvili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR