AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

  • + A
  • - A
  • Bu gün, 15:32

    AFFA “Neftçi”ni 13 min, “Qarabağ”ı 7 min cərimələdi

    AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb.

    Turun mərkəzi görüşü olan “Neftçi” – “Qarabağ” matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb.

    “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilib.

    “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.

    “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR