AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Budo Döyüş Növləri üzrə Dünya Kuboku Yüksək Səviyyədə Təşkil Olundu — Azərbaycan İdmançıları Böyük Uğura İmza Atdılar

  • + A
  • - A
  • Bu gün, 22:03

    Budo Döyüş Növləri üzrə Dünya Kuboku Yüksək Səviyyədə Təşkil Olundu — Azərbaycan İdmançıları Böyük Uğura İmza Atdılar


    14–16 may 2026-cı il tarixlərində Budo döyüş növləri üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil olunmuşdur. Beynəlxalq turnirdə Mərakeş, Türkiyə, Pakistan, İran, Əlcəzair və Azərbaycan komandaları iştirak etmiş, yarış boyunca gərgin və maraqlı qarşılaşmalar izlənilmişdir.

    Mötəbər idman tədbirində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kipr Respublikasının nümayəndəsi Üfüq xanım, Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Təlim-Tədris Sertifikatlaşdırma İdarəsinin rəis müavini Aydın Mehdiyev, “Neftçi” İdman Klubunun baş məşqçisi Güloğlan Cabbarlı və məşqçi Mais Fərəcov iştirak etmişlər.

    Yarışın yekununda idmançılar yüksək peşəkarlıq nümayiş etdirərək dünya kəmərinə sahib olmuşlar.

    “Neftçi” İdman Klubunun yetirmələri də yarışda uğurlu nəticələr əldə etmişlər:

    • Fərəcov Rais Mais — 65 kq• Fərəcov Şakir Mais — 45 kq

    Yarış çərçivəsində Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, Azərbaycanda idmanın inkişafı və ölkəmizin beynəlxalq arenada layiqincə tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə “Neftçi” İdman Klubunun baş məşqçisi Güloğlan Cabbarlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün tərəfindən xüsusi təltifə layiq görülmüşdür.

    Qeyd edək ki, beynəlxalq səviyyəli bu mötəbər yarış idman sahəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsi, gənclərin sağlam həyat tərzinə təşviqi və döyüş sənətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR