AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldodan inanılmaz uğur: futbol tarixinə düşdü

  • + A
  • - A
  • 22-04-2019, 09:38

    Ronaldodan inanılmaz uğur: futbol tarixinə düşdü















    “Yuventus” İtaliya A Seriyasında növbəti çempionluğunu elan edib.

    “Fiorentina”nı 2:1 hesabı ilə yenən Turin klubu mövsümün sonuna 5 tur qalmış ardıcıl 8-ci çempionluğunu rəsmiləşdirib.

    Bununla da “Yuventus” “Lion”un 2001/02-2007/08 mövsümünlərində imza atdığı rekordu qırıb. Fransa klubu həmin illərdə ardıcıl 7 dəfə Liqa 1-in qalibi olmuşdu. “Yuventus” isə “böyük beşlik” çempionatlarında ardıcıl 8 dəfə çempion olan ilk klub kimi tarixə düşüb.

    Turin klubunun ulduzu Kriştiano Ronaldo da yeni bir rekorda imza atıb. Mövsümün əvvəlində “Real”dan “Yuventus”a 117 milyon avroya transfer olunan portuqaliyalı futbolçu 3 böyük liqada çempion olan ilk futbolçu olub.

    Ronaldo bundan əvvəl İngiltərə Premyer Liqasında 3, İspaniya La Liqasında 2 dəfə çempion olmuşdu. O, bu uğurunu İtaliya A Seriyasında da davam etdirib.

    Qeyd edək ki, Ronaldo bu mövsüm A Seriyasında oynadığı 27 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.

    Fanat.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR