Türkiyədə MHK sədri saxlanılıb

Ferhat Gündoğdu “Hakimlər dosyesi” üzrə istintaqa cəlb edilib
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu saxlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, o, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində tutulub.
“Hakimlər dosyesi” adı ilə tanınan araşdırma çərçivəsində ümumilikdə 7 nəfər saxlanılıb.
İstintaq zamanı saxlanılan şəxslərlə bağlı mobbinq və rəsmi sənədlərdə saxtakarlıq iddiaları araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.