Murad Məmmədovun Mahir Emreliyə 7 il əvvəl yazdığı mesaj gündəm olub

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli komanda yoldaşı Murad Məmmədovun 2019-cu ildə ona göndərdiyi mesajı paylaşıb.
Həmin vaxt gənc futbolçu olan Murad Məmmədov mesajında Emreliyə qol vuraraq anasına ürək işarəsi göstərdiyini xatırladıb və özü də eyni hərəkəti etmək istədiyini bildirib.
“Salam, Emreli. Sən qol vurub anana ürək göstərdin. Mən də qol vurub anama ürək göstərəcəyəm, inşallah. Az qalıb, gəlirəm milliyə”, – deyə o yazıb.
Kiprin “Pafos” klubunda forma geyinən Muradın mesajında Mahir Emreli ilə eyni komandada oynamaq arzusu da yer alıb.
Emreli paylaşımına “2019-cu ildə bunu mənə yazmısan” qeydini əlavə edib. O, həmçinin Murad Məmmədovla milli komandanın formasında çəkilmiş fotosunu yayımlayıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.