AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək

  • + A
  • - A
  • 27-08-2019, 09:35

    Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək

    Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

    APA-nın məlumatına görə, iki gün ərzində altı matç baş tutacaq.

    Qrup mərhələsinə son vəsiqələrdən üçü bu gün, üçü sabah sahibini tapacaq. İlk oyun günündə Zaqreb “Dinamo”su və “Olimpiakos” evdə qazandıqları üstünlüyü rəqib meydanında qorumağa çalışacaqlar. “Srvena Zvezda” ilə “Yanq Boyz” qrupa vəsiqə üçün münasibətlərini ayırd edəcəklər.

    Sabah “Brügge” və “Slaviya” ötən həftə əldə olunan səfər qələbəsinin təsadüf olmadığını sübut etməyə çalışacaq. Azərbaycan çempionu “Qarabağ”ı yarışdan kənarlaşdıran APOEL isə “Ayaks”ın qonağı olacaq.

    Qeyd edək ki, bütün matçlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Çempionlar Liqası
    Pley-off mərhələsi, cavab oyunları

    27 avqust
    Çempionlar yolu
    23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə)
    İlk oyun – 2:2
    23:00. “Rusenborq” (Norveç) – “Dinamo” (Xorvatiya)
    İlk oyun – 0:2
    Liqa yolu
    23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan)
    İlk oyun – 0:4

    28 avqust
    Liqa yolu
    23:00. “Brügge” (Belçika) – LASK (Avstriya)
    İlk oyun – 1:0
    Çempionlar yolu
    23:00. “Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya)
    İlk oyun – 1:0
    23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr)
    İlk oyun – 0:0


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR