AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UEFA-dan azərbaycanlı hakimlərə yeni təyinat

  • + A
  • - A
  • 10-10-2019, 10:02

    UEFA-dan azərbaycanlı hakimlərə yeni təyinat

    FIFA referisi Əliyar Ağayev növbəti dəfə Avro-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.

    “Qafqazinfo” xəbər verir ki, o, Farer adalarının öz meydanında Rumıniya ilə qarşılaşacağı matçı idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Matçın dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

    F qrupunda keçiriləcək Farer adaları – Rumıniya matçı oktyabrın 12-də olacaq.

    Digər FİFA referimiz Rauf Cabbarov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının oyununa təyinat alıb. O, Estoniya və Latviya yığmaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Cabbarova Namiq Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

    Estoniya – Latviya matçı oktyabrın 11-də keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR