AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldo futboldan sonrakı planlarını açıqladı

  • + A
  • - A
  • 29-12-2019, 12:38

    Ronaldo futboldan sonrakı planlarını açıqladı


    “Futbolçu karyeramı bitirəndə təhsilimi davam etdirmək istəyirəm”.

    Apasport.az xəbər verir ki, bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo deyib.

    Ulduz hücumçu futbolçu karyerasını bitirdikdən sonrakı planlarını açıqlayıb:

    “Təhsilə, öyrənməyə, araşdırmağa köklənmişəm. Çünki təəssüflər olsun ki, heç də həmişə yaranan suallara cavab verə bilmirəm. Bir məsələ də var ki, məni cəlb edir. Özümü kinoda aktyor kimi sınamaq istəyirəm”.

    Qeyd edək ki, K.Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR