AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı

  • + A
  • - A
  • 6-08-2020, 11:10

    Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı

    Futbol azarkeşlərinin çoxdan gözlədiyi avrokubok qarşılaşmaları ötən gündən etibarən start götürüb.

    Ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində dörd qarşılaşma keçirilib.

    Bu gün isə daha dörd oyun keçiriləcək və 1/4 finalın bütün cütlükləri bəlli olacaq.

    Bərpa olunan mövsümün ilk iki qarşılaşması eyni hesabla başa çatıb – 3:0.

    Belə ki, ilk qarşılaşmada doğma meydanda qazanılmış bir topluq üstünlük (1:0) olsa da, hazırkı Türkiyə çempionu “Başakşehir” “Kopenhagen” səddini keçə bilməyib. Evində “Şaxtyor”a ilk matçda 1:2 hesabı ilə uduzan “Volfsburq”da Ukraynada böyük hesablı məğlubiyyətdən yaxa qurtara bilməyib.

    Gecənin oyunlarında isə, xəbər verdiyimiz kimi, “İnter” və “Mançester Yunayted” növbəti mərhələyə adlayıblar. “İnter” “Hetafe”dən, “Mançester Yunayted” isə LASK-dan üstün olub.

    Avropa Liqasında həyəcan bu gün keçiriləcək dörd matçla davam edəcək:

    21:55 “Bayer” (Leverkuzen, Almaniya) - “Reyncers” (Şotlandiya) (ilk oyunun nəticəsi - 3:1)

    21:55 “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) (Matç Almaniyanın Duysburq şəhərində keçiriləcək. İlk oyun oynanılmayıb və cütlüyün taleyi bir oyunda həll ediləcək)

    00:00 “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya) (ilk oyunun nəticəsi - 3:0)

    00:00 “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) (ilk oyunun nəticəsi - 1:1)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR