AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İmarət” və Şuşa şəhər stadionu yenidən bərpa ediləcək – Rəsmi – VİDEO

  • + A
  • - A
  • 7-12-2020, 21:25


    “İmarət” və Şuşa şəhər stadionu yenidən bərpa ediləcək – Rəsmi – VİDEO

    Gənclər və İdman Nazirliyi işğaldan azad olunan ərazilərdə bərpa edəcək idman qurğularının siyahısını açıqlayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunda şəhər stadionunun, uşaq-gənclər idman məktəbinin, iki güllə atıcılığı tirinin, şəhər şahmat məktəbinin və 18 kənddə futbol meydançasının istifadəyə verilməsi nəzərdə tutulub.

    Cəbrayıl rayonunda şəhər və Böyük Mərcanlı kənd stadionlarının, idman zalının, şahmat məktəbinın və altı futbol meydançası fəaliyyətə başlayacaq.

    Zəngilan rayonunda Səməd Vurğun adına şəhər stadionu beynəlxalq standartlara tam cavab verəcək şəkildə bərpa olunacaq. Eləcə də uşaq-gənclər idman, şəhər şahmat məktəbləri inşa ediləcək. Həmçinin üç güllə atıcılığı tiri, şəhər voleybol, futbol, basketbol meydançaları, Mincivan qəsəbə şahmat məktəbi və 14 futbol meydançası istifadəyə veriləcək.

    Qubadlı rayonunda şəhər stadionu, uşaq-gənclər idman məktəbi, şahmat məktəbi, üç voleybol və 19 futbol meydançası yaradılacaq.

    Kəlbəcər rayonunda da gənclər və idmansevərlərin asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılacaq. Belə ki, şəhər stadionu, uşaq-gənclər idman məktəbi, şahmat məktəbi, güllə atıcılığı tiri və on futbol meydançasının yaradılması planlaşdırılıb.


    Şuşada şəhər stadionu, “Qarabağ” pioner idman düşərgəsi, uşaq-gənclər idman məktəbi, şəhər şahmat məktəbi, şahmat klubu, atıcılığı tiri, futbol və voleybol meydançaları inşa olunacaq.

    Ağdam rayonunda “Qarabağ” klubunun ev oyunlarını keçirəcəyi “İmarət” stadionu bərpa ediləcək. Həmçinin rayonda idman şəhərciyi sağlamlıq parkı, güllə atıcılığı tiri, şahmat məktəbi, üzgüçülük mərkəzi, 20 voleybol və futbol meydançasının istifadəyə verilməsi planlaşdırılır.

    Laçın rayonunda isə şəhər stadionu, şəhərdə üç voleybol meydançası, idman zalı, şahmat məktəbi, kəndlərdə 16 voleybol və 29 futbol meydançasının yaradılması nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR