AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cüdo millimizin aparıcı üzvü yenə “Böyük Dəbilqə”də iştirak edə bilməyəcək

  • + A
  • - A
  • 4-03-2021, 20:40


    Sabah Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə 2021-ci ilin ikinci “Böyük Dəbilqə” yarışı keçiriləcək.

    AzadMedia.Az xəbər verir ki, Olimpiadaya lisenziya xalları verən yarışda 12 idmançımız yarışacaq.

    Kişilər: Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Aslan Mirzəyev, Uşanqi Kokauri (hər ikisi +100 kq).

    Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq).

    Qeyd edək ki, qadınlarda dünya və Avropa mükafatçısı İrina Kindzerskaya iştirak etməyəcək. Ukraynalı legionerimiz zədə aldığından, heyətdən çıxarılıb.

    Xatırladaq ki, İrina Kindzerskaya yanvarda Qətərin paytaxtı Dohada keçirilən “Masters” turnirində gümüş medal qazanıb. O, ötən ay İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə”də isə iştirak etməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR