AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ronaldu millimizə qarşı oynayacaq - HEYƏT

  • + A
  • - A
  • 16-03-2021, 18:00


    Futbol üzrə Portuqaliya millisinin yığmamıza qarşı heyəti açıqlanıb.

    Son Avropa çempionu Portuqaliyanın Azərbaycan (24 mart), Serbiya (27 mart) və Lüksemburqa (30 mart) qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunları üçün 25 futbolçuya dəvət göndərilib.

    Baş məşqçi Fernandu Santus heyətə ən çox İngiltərənin “Vulverhempton” klubundan oyunçu cəlb edib. “Canavarlar”ın dörd futbolçusu milliyə dəvət alıb.

    Qapıçılar: Antoni Lopes (“Lion”, Fransa), Rui Patrisiu (“Vulverhempton”, İngiltərə), Rui Silva (“Qranada”, İspaniya);

    Müdafiəçilər: Juau Kanselu, Ruben Dias (hər ikisi “Mançester Siti”, İngiltərə), Sedrik Suares (“Arsenal”, İngiltərə), Dominqus Duarti (“Qranada”, İspaniya), Pepe (“Portu”), Joze Fonti (“Lill”, Fransa), Rafael Qereyro (“Borusiya” Dortmund, Almaniya), Nunu Mendes (“Sportinq”);

    Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juau Palinya (“Sportinq”), Ruben Neves, Juau Moutinyu (hər ikisi “Vulverhempton”, İngiltərə), Brunu Fernandes (“Mançester Yunayted”, İngiltərə), Renatu Sanşes (“Lill”), Serjiu Oliveyra (“Portu”);

    Hücumçular: Bernardu Silva (“Mançester Siti”, İngiltərə), Pedru Netu (“Vulverhempton”, İngiltərə), Dioqu Jota (“Liverpul”, İngiltərə), Kriştianu Ronaldu (“Yuventus”, İtaliya), Rafa Silva (“Benfika”), Juau Feliks (“Atletiko”, İspaniya), Andre Silva (“Ayntraxt”, Almaniya).

    Qeyd edək ki, millimizin Portuqaliya ilə səfər oyunu pandemiya səbəbindən İtaliyanın Turin şəhərində keçiriləcək. “Yuventus”un stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR