AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eduard Məmmədov Van Dammla döyüşmək istəyir: “Mən texnikada ondan üstün olardım”

  • + A
  • - A
  • 22-03-2021, 19:40


    “Jan-Klod Van Damm mənim kumirim olub. Ömür boyu onun kinolarına baxıb idmanla məşğul olurdum. Amma vaxt gəldi, başa düşdüm ki, o, sadəcə aktyordur. Sonradan aydınlaşdırdım ki, o, iki dəfə karatenin yarımkontakt növü üzrə çıxış etsə də, ancaq nəticəsi o qədər də uğurlu olmayıb”.

    Bunu Oxu.Az-a kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədov deyib.

    “Ağ canavar” ləqəbli 43 yaşlı məşqçi Van Dammla döyüşmək istədiyini bildirib:  

    “Öz tələbələrimə də deyirəm ki, idmanla məşğul olursansa, birinci növbədə özünə kumir seçməlisən. Əgər kikboksinqlə məşğulsansa, Eduard Məmmədov və ya Zabit Səmədovu, futbolu seçmisənsə, Messi və ya Ronaldunu özünə kumir seçə bilərsən. Vaxt vardı ki, evimdə Van Dammın şəkilləri dolu idi. Harada görsəm, onu alıb otağın divarlarına yapışdırırdım.

    Onun stullar üzərində şpaqatda oturub kitab oxumasını mən də yeniyetmə illərimdə təkrarlamışam. Onun filmlərdəki hərəkətlərini rinqdə döyüşlər zamanı təkrarlamağa çalışmışam. İndi isə çox xoşdur ki, tələbələrim kumir kimi evdə mənim şəklimi asırlar.

    Əlbəttə Van Dammla döyüşmək istərdim. Onunla döyüşmək çox maraqlı alınardı. Kim qalib gələrdi? Bunu demək olmaz. Amma belə düşünürəm ki, mən texnikada ondan üstün olardım”.

    O, 60 yaşlı belçikalı aktyor kimi filmlərdən təkliflər aldığını, ancaq heç vaxt bunları qəbul etmədiyini bildirib:

    “İki-üç dəfə belə təklif olub. Amma işimə görə imtina etmişəm. Daxili İşlər Nazirliyinin zabiti olaraq filmdə çəkilməyimə icazə yoxdur. “Fort Boyard” və “Maşın Şou”da cənab nazirə xüsusi məktub yazılıb deyə, iştirak edə bilmişəm. Axırıncı şouda da əlimi maşından oğlum xəstələndiyi üçün çəkmişəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR