AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan yaşıl meydanda qüvvəsini Qətərlə sınayacaq

  • + A
  • - A
  • 27-03-2021, 10:00


    Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini Qətər yığması ilə sınayacaq.

    Qarşılaşma Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib, amma bu komanda ilə matçlar hazırlıq xarakteri daşıdığı üçün qrupda xal bölgüsünə təsir etmir.

    Azərbaycan yığması Qətərlə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesabı bitib, 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.

    Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

    Beynəlxalq yoldaşlıq oyunu

    21:00. Qətər - Azərbaycan

    Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)

    Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu

    Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR