AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yığmamız Serbiya ilə matçda son dəqiqələrdə məğlub oldu - YENİLƏNİB + VİDEO

  • + A
  • - A
  • 30-03-2021, 22:04



    Azərbaycan - Serbiya matçı başa çatıb.

    Canni de Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçını da məğlubiyyətlə bitirib.

    Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma serbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.

    21:39

    Azərbaycan - Serbiya matçında hesab dəyişdi.

    Qonaqlar yenidən hesabda önə çıxdılar. 81-ci dəqiqədə Aleksandar Mitroviç dubla imza atıb - 1:2.

    21:17

    Azərbaycan - Serbiya matçında hesab bərabərləşdi.

    Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək millimizin oyundakı ilk qoluna imza atdı - 1:1.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR