"Kopenhagen" - "Qarabağ": bukmeykerlər nə deyir?
Bu gün "Qarabağ" tarixi matça çıxacaq. Azərbaycan çempionu Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyununda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"in qonağı olacaq.
Bukmeyker kantorları ilk oyundan fərqli olaraq bu dəfə "Qarabağ"ın qələbəsinə inanmır. Hətta kantorlar Danimarka təmsilçisinin aşkar qələbəsini proqnozlaşdırır.
Azərbaycanın yeganə mərc operatoru "Topaz" "Kopenhagen"inin qələbəsini 1.60, "Qarabağ"ın qələbəsini 4.70 əmsalında dəyərləndirir. Heç-heçənin əmsalı isə 3.15-di.
Digər kantorlar da "Kopenagen"in qələbəsinə inanır.
Topaz: Kopenhagen - Qarabağ 1.60 3.15 4.70
Bwin: Kopenhagen - Qarabağ 1.72 3.60 5.25
Maratonbet: Kopenhagen - Qarabağ 1.72 3.72 5.70
İddia: Kopenhagen - Qarabağ 1.50 3.30 4.30
Gamebookers: Kopenhagen - Qarabağ 1.72 3.60 5.25