Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start veriləcək.
"Azadmedia.az" xəbər verir ki, Azərbaycan millisi də A qrupunda 4-cü matçına çıxacaq.
Yığmamız səfərdə İrlandiya yığması ilə qarşılaşacaq. Dublində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, Canni de Byazinin yetirmələri keçirdiyi 3 oyundan sonra sıfır xalla qrupda sonuncu pillədə qərarlaşıb.
DÇ-2022-nin seçmə mərhələsi
V tur, A qrupu
4 sentyabr
20:00. İrlandiya – Azərbaycan
Baş hakim: Cerom Brisar (Fransa)
Dublin. “Aviva” stadionu
İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Josh Cullen 7. Mett Doerti, 11. James Mclean, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah
Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 18. Anton Krivostsyuk, 4. Höccət Haqverdi, 14. Elvin Bədəlov, 5. Maksim Medvedev, 17. Toral Bayramov,2. Qara Qarayev, 8. Emin Mahmudov, 20. Filip Ozobiç, 7. Namik Ələskərov, 10. Mahir Emreli,
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov