AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahir Emreli Polşadan ayrıldı

  • + A
  • - A
  • 20-12-2021, 09:32


    "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.

    Azadmedia.az-ın məlumatına görə, 24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.

    Forvard axşam saatlarında Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb.

    Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşafa təmsilçisindən ayrılacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR