AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tural Əliyev 1-ci dərəcəli beynəlxalq hakim statusuna layiq görülüb

  • + A
  • - A
  • 24-12-2021, 12:31


    Ölkəmizin təcrübəli hakimlərindən olan, əməkdar məşqçi və güləşçi kimi bir çox yarışlarda qalib gəlmiş Tural Əliyev daha bir uğura imza atıb. Belə ki, dünya arenalarında, beynəlxalq yarışlarda və turnirlərdə hər zaman ədalətli qərarları və peşəkarlığı ilə fərqlənən həmyerlimiz Bolqarıstan Respublikasının Samokov şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində beynəlxalq dərəcəli 1-ci kateqoriyali hakimlik statusu almaq üçün sınaq imtahanında iştirak edib. Həmin yarışlarda öz təcrübəsini nümayiş etdirən T.Əliyev imtahanların ilin yekununa olan nəticəsinə görə 1-ci dərəcəli beynəlxalq hakim statusuna layiq görülüb.
    2012-ci ildən DİO-da xidmət edən və adı həmişə qaliblər sırasında olan həmyerlimizin bu ilk uğuru deyil. İdmançımız pəhləvan güləşi üzrə 3 qat Avropa çempionu, 3 qat dünya kubokunun sahibi, kəmər güləşi üzrə 2 qat dünya çempionudur. 2009-2011 ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşcisi adına da layiq görülən Tural yarışlarda tətbiq etdiyi fəndlərə görə hər zaman digər idmançılardan fərqlənib. Belə ki, onun 2011-ci ildə Litvanın Şaulay şəhərində keçirilən Avropa çempionatında işlətdiyi fənd çempionatın ən yaxşı fəndi kimi dəyərləndirilib və bir çox yarışların reklam lövhələrində yer alıb. Bir çox idmançılar onun bu fəndinin təkrarolunmaz olduğunu bu gün də qeyd edirlər.
    Bundan əlavə əməkdar məşqçinin yetirmələri də özü kimi qaliblər sırasındadırlar. Buna misal kimi, Türkan Nəsirovanın və Sənan Mustafayevin adını çəkmək olar. Dəfələrlə Dünya və Avropa, eləcə ölkə birinciləri olan DİN İdman Cəmiyyətinin təmsilçiləri yarışlarda xüsusi fərqlənən idmançılardandırlar.
    1-ci kateqoriya üzrə ölkəmizin ən gənc güləş hakimi olan T.Əliyev hazırda Şirvan Şəhər Polis Şöbəsində çalışır. Bu günlərdə 35 yaşı tamam olan Tural Əliyevə idmanda və xidmətində yeni uğurlar arzulayırıq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR