AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cüneyt Çakır Super Liqadan kənarlaşdırıldı

  • + A
  • - A
  • 8-03-2022, 20:00

    Cüneyt Çakır Super Liqadan kənarlaşdırıldı

    Türkiyəli FİFA referisi Cüneyt Çakır Superliqanın 2021/22 mövsümünün qalan hissəsində oyunlara təyinat almayacaq.

    Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qurumun Mərkəzi Hakimlər Şurasının qəbul etdiyi qərara görə, mövsümün digər oyunlarını idarə edəcək hakimlər sırasından 13 nəfər şəxsin adı çıxarılıb. Onların arasında Cüneyt Çakır da var.

    Həmçinin Ali Palabıyık, Abdulkadir Bitigen, Fırat Aydınus, Bahattin Şimşek, Burak Şeker, Suat Arslanboğa, Hüseyin Göçek, Mert Güzenge, Tuqay Kaan Numanoğlu, Alper Ulusoy və Halis Özkahya da ölkənin əsas çempionatının qarşılaşmalarını idarə etməkdən məhrum olublar. Özgür Yanka yalnız VAR hakimi vəzifəsini icra edə biləcək.

    TFF-nin belə qərar qəbul etməsinə səbəb isə yaş amili və turnirdə mübarizə aparan klubların narazılığıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR