AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqasında son 1/4 finalçılar kim olacaq?

  • + A
  • - A
  • 16-03-2022, 08:43

    Çempionlar Liqasında son 1/4 finalçılar kim olacaq?


    Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulucaq.

    Bu qarşılaşmalardan sonra 1/4 finala yüksələcək daha 2 komanda müəyyənləşəcək.

    İspaniyanın “Vilyarreal” klubu İtaliyada “Yuventus”la üz-üzə gələcək. Komandalar arasındakı ilk dueldə 1:1 hesabı qeydə alınıb.

    Digər oyunda “Çelsi” Fransada “Lill” ilə qarşılaşacaq. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qələbə qazanıblar.

    UEFA Çempionlar Liqası, 1/8 final
    Cavab oyunları
    16 mart

    00:00. “Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya)
    Baş hakim: Şimon Marçinyak
    İlk oyun - 1:1

    00:00. “Lill” (Fransa) – “Çelsi” (İngiltərə)
    Baş hakim: Davide Massa
    İlk oyun - 0:2

    Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və “Atletiko”, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR