AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürgün edilmiş «Qarabağ» Çempionlar Liqasını silkələdi — Ceyhun Osmanlıdan «EUTODAY»da möhtəşəm YAZI

  • + A
  • - A
  • 14-11-2017, 10:41

    Sürgün edilmiş «Qarabağ» Çempionlar Liqasını silkələdi — Ceyhun Osmanlıdan «EUTODAY»da möhtəşəm YAZI














    Ceyhun Osmanlı Avropada məşhur olan «Eutoday.net» portalında məqalə ilə çıxış edib.
    «Ölkə.Az» xəbər verir ki, «Bombalardan kuboklara: Sürgün edilmiş Qarabağ komandası Çempionlar Liqasını silkələdi» başlıqlı yazıda «Qarabağ» klubunun uğuru ilə yanaşı Azərbaycan həqiqətlərinə də geniş yer verilib.

    Həmin məqaləni təqdim edirik:

    1991-1994-cü illərdə Azərbaycan və Ermənistan arasındakı ölümcül müharibədə hər tərəfdən bombalar yağarkən heç kim təsəvvür edə bilməzdi ki, Dağlıq Qarabağa bitişik Ağdam rayonunun sürgün edilmiş komandası bir gün Çempionlar Liqasında oynaya bilər.

    Dr.Ceyhun Osmanlı yazır: «Bəli, hər kəsə təəccüblüdür ki, Azərbaycanın sürgün edilmiş komandası «Qarabağ» futbol klubu UEFA Çempionlar Liqasında «Kophenagen»i məğlub etdikdən sonra qrup mərhələsinə adlayaraq «Atletiko Madrid», «Roma» və «Çelsi» kimi dünya nəhənglərinə layiqli rəqib olmağı bacardı».

    Klubumuz «Atletiko Madrid»ə qarşı 0-0 (18 oktyabr 2017) və 1-1 (1 noyabr 2017) hesabı olmaqla iki dəfə diqqətə layiq oyun göstərdi. Bundan öncə isə «Qarabağ» 1-2 hesabı ilə «Roma» klubuna məğlub oldu. Lakin onlar klassik janrın Deyvid və Qoliafı üz-üzə gələndə çətin sınaq ilə qarşılaşdılar.

    Maraqlı bir məqamı qeyd etsək, «Qarabağ» və «Çelsi» komandaları 1066-cı ildə İngiltərə və Norveç ordularının döyüşdüyü «Stamford» körpüsü yaxınlığında qarşılaşırdılar. «Qarabağ» FK-nın futbolçuları isə 30 min itki vermiş və bir milyondan çox qaçqın və məcburi köçkünə səbəb olan müharibənin canlı təmsilçiləridir.

    Onların Vətəni - Qafqazın Hiroşiması adlanan Ağdam rayonu 6000 sakini öldürülərək bu müharibədə məhv olmaq imtahanı ilə üzləşmişdi. 25 ildir ki, onların ev oyunları üçün nəzərdə tutulan «İmarət» stadionu erməni snayperlərinin nəzarəti altındadır.
    Məhz bu müharibənin nəticəsində «Qarabağ» FK öz stadionunda ev oyunlarını oynaya bilmir. 22 noyabr tarixində «Çelsi» ilə nəzərdə tutulan ev oyunu da Ağdamda yox, oradan 440 kilometr uzaqlıqdakı «Bakı Olimpiya Stadionu»nda baş tutacaq.

    Çempionlar Liqasında oynamaq hüququ əldə edən «Qarabağ» FK-nın bəzi futbolçuları erməni işğalı səbəbi ilə Azərbaycanın 875 fərqli yerində köçkün həyatı yaşamağa məcbur qalmış 128 min Ağdam sakinindən yalnız bir neçəsidir.

    Komanda bağlanma riski ilə qarşılaşdı və çox çətin anlar yaşadı, pərən-pərən düşmüş azarkeşlərini yenidən təşkil etmək məcburiyyətində qaldı. «Qarabağ» ikinci baharını küllərindən yaranmış bir feniks kimi yenidən yaşamağa başladı.

    Klubun keçmiş futbolçuları raket atəşli bombardımanın altında və minalı sahələrdə oynamağa məcbur qalmışdılar. Onlardan arasında o zaman könüllü müharibəyə yollanmış komandanın məşqçisi- həmin dövr komandir olmuş ağdamlı Allahverdi Bağırov kimi cəbhə xəttində həyatını itirənlər də var. «Qarabağ»ın kapitanı Rəşad Sadıqov, yarımmüdafiəçi Qara Qarayev, hücumçu Vüqar Nadirov və s. işğal olunmuş ərazilərin sakini, yəni məcburi köçkün həyatı yaşayan futbolçulardır. Futbol dünyasında bəlkə də heç vaxt rastlanmayacaq bir hadisədir ki, bu köçkün komanda ölkə çempionatında 4 ardıcıl çempionluq yaşayıb. Klubun azarkeşlərini gələcəkdə hansı sürprizlərlə təəccübləndirə biləcəyini düşünəndə müsbət həyəcan yaşamamaq əldə deyil.

    Çempionlar Liqasının 2017-2018-ci il mövsümündə həm də siyasi gündəm canlıdır. «Qarabağ»ın uğurunu Azərbaycan ərazilərinin 20 faizini uzun müddətdir işğalda saxlaya, BMT, Avropa Parlamenti və Avropa Şurasının müvafiq qətnamələrinə baxmayaraq işğalı sonlandırmayan Ermənistan da izləməkdədir. İşğalçı Ermənistanla yanaşı həm də Rusiya… O Rusiya ki, Ermənistanda təxminən 5 min hərbiçi saxlayır və 2 hərbi bazası var. Yəqin ki, 22 noyabr tarixində Bakıda baş tutacaq «Qarabağ»-«Çelsi» matçını böyük maraq və sualla izləyəcəklər.

    Xüsusilə nəzərə almaq lazımdır ki, klubun sahibi Rusiya əsilli milyarder Roman Abramoviçdir.

    İndi yüz minlərlə qaçqın və məcburi köçkün nəfəslərini tutaraq 22 noyabr tarixində Çempionlar Liqası matçında Deyvid və Qoliaf arasında olan mübarizəni ümidlə izləyəcəklər...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR