Futbol üzrə Türkiyə Super Liqası çərçivəsində baş tutacaq “Fənərbaxça”-“Qalatasaray” derbisi öncəsi “Cim-bom”un heyətində ciddi itki baş verib.
İstanbul təmsilçisinin hücumçusu Kərəm Aktürkoğlu sıradan çıxıb.
Qeyd olunur ki, 23 yaşlı “Qalatasaray”lı futbolçu Super Liqanın 31-ci turunda “Fatih Karagümrük”lə matçının ilk hissəsində zədələnərək meydanı tərk etməli olub.
Qeyd edək ki, “Fənərbaxça”-“Qalatasaray” görüşü 10 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.