AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan taekvondoçuları Roma Qran-Prisində

  • + A
  • - A
  • 5-06-2022, 14:40

    Azərbaycan taekvondoçuları Roma Qran-Prisində


    İtaliyanın Roma şəhərində taekvondo üzrə Qran-Pri turniri keçirilir.

    Dünya Taekvondo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan milli komandasının 5 üzvü iştirak edir.

    Turnirdə kişilərdən Qaşım Maqomedov (58 kq) və Cavad Ağayev (68 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) iyunun 3-4-də dayanq üzərinə çıxıb, yarışda mübarizəni erkən dayandırıblar.

    İyunun 5-də isə kişilərdən Ayxan Tağızadə (80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) mübarizəyə qoşulacaq.

    Komandamız qadınların baş məşqçisi Səbuhi Zülfüqarov, böyük məşqçilər Sənan Həşimov və Rəşad Məmmədovun rəhbərliyi ilə turnirdə iştirak edirlər.

    Qeyd edək ki, Qran-Pri yarışları İtaliyadan sonra il ərzində müvafiq olaraq Fransa, Böyük Britaniya və Çində keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR