AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynada futbol çempionatları bərpa olunur

  • + A
  • - A
  • 5-06-2022, 19:40

    Ukraynada futbol çempionatları bərpa olunur

    Ukraynada avqustda futbol üzrə ölkə çempionatlarına başlanılması nəzərdə tutulur.

    Bu barədə “Associated-Press” agentliyi Ukrayna Futbol Assosiasiyasının Prezidenti Andrey Pavelkoya istinadən məlumat yayıb.
    Rusiyanın hücumu ilə əlaqədar fevralın 24-dən Ukraynada futbol oyunları dayandırılıb. Andrey Pavelko deyib ki, bununla bağlı Prezident Vladimir Zelenski ilə müzakirə aparıb. Onun sözlərinə görə, futbol güclü təsir vasitəsidir, insanlara gələcək barədə düşünməyə kömək edir: “Buna görə də Prezident Vladimir Zelenski ilə avqustda Ukraynada futbol çempionatının bərpa edilməsi barədə qərar qəbul etdik”.

    Ukrayna Futbol Assosiasiyasının prezidenti kişilər arasında premyer-liqa, birinci və ikinci liqa, o cümlədən qadınlar arasında çempionatın bərpa edilməsinin nəzərdə tutulduğunu açıqlayıb.

    Andrey Pavelko qəbul etdikləri qərar barədə FİFA Prezidenti Canni İnfantino və UEFA Prezidenti Aleksandr Çeferini məlumatlandırdığını də qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR