AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Fərid Qayıbov Dünya Robot Olimpiadasının qalibləri ilə görüşdü

  • + A
  • - A
  • 26-11-2022, 19:34

    Nazir Fərid Qayıbov Dünya Robot Olimpiadasının qalibləri ilə görüşdü

    Nazir Fərid Qayıbov Almaniyanın Dortmund şəhərində keçirilmiş Dünya Robot Olimpiadasında “Future İnnovators: Senior” kateqoriyasında bürünc medal qazanmış “Platon Tech” komandasının üzvləri Rüfət Şıxıyev, Fərid Şıxıyev, Qabil Hüseynli və robototexnika üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəhman Rəsulzadəni qəbul edib.

    Nazir bu sahədə ilkə imza atan gəncləri əldə etdikləri uğur münasibətilə təbrik edib. Sonra robototexnikanın Gənclər evlərində inkişaf etdirilməsi və texnoloji sahədə gənclərin fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı qaliblərlə fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, “Platon tech” komandası Sabunçu Gənclər evinin komandasıdır.

    Görüşdə nazir müavini İndira Hacıyeva, Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və sektor müdiri Kənan Kərimov iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR