AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Məğlubiyyətə səbəb millinin arxayın oynaması oldu" - Baş məşqçi

  • + A
  • - A
  • 11-12-2022, 10:20

    "Məğlubiyyətə səbəb millinin arxayın oynaması oldu"  - Baş məşqçi


    Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos komandanın Qətərdə keçirilən dünya çempionatını tərk etməsinə münasibət bildirib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçinin sözlərinə görə, məğlubiyyətə səbəb millinin arxayın oynaması olub.

    "İlk hissədə çətinliklər yarandı, oyuna daxil olmağımız uzun çəkdi. Uğursuz olduq, amma oyunçular çox çalışdılar", - Santos deyib.

    Onun sözlərinə görə, futbolçular tam gücü ilə oynaya bilməyib. Mütəxəssis əlavə edib ki, dünya çempionatını tərk etmək ona pis təsir edir.

    Qeyd edək ki, dekabrın 10-da Portuqaliya turnirin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə məğlub olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR