AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci olub

  • + A
  • - A
  • 16-12-2022, 09:34

    Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci olub

    Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən idmançımız İlya Kostov dekabrın 15-də İtaliyanın Santa Caterina Valfurva xizək mərkəzində keçirilən FIS təqviminin beynəlxalq yarışında iştirak edib.

    Atletimiz yarışın 18 yaşa qədər olan yeniyetmələr kateqoriyasında 11 ölkədən olan 41 idmançı arasında dağ xizəyi idmanının “downhill” növü üzrə birinci yerə sahib olub.

    Qeyd edək ki, yarışlara 3 yaş kateqoriyasi üzrə 11 ölkədən 106 iştirakçı qatılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR