AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Futbol əfsanəsi Pele xərçəngə qarşı mübarizəni dayandırır-FOTOLAR

  • + A
  • - A
  • 27-12-2022, 00:17

    Futbol əfsanəsi Pele xərçəngə qarşı mübarizəni dayandırır-FOTOLAR

    Bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya millisinin sabiq futbolçusu Pele ailə üzvləri ilə vidalaşıb.

    San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən üçqat dünya çempionunun vəziyyəti daha da ağırlaşıb. Əfsanəvi oyunçu videozəng vasitəsilə yaxınları ilə sağollaşıb. Ailə üzvləri üçqat dünya çempionunun durumunun kritik olduğunu bildiriblər. Pelenin doğma komandası olan Braziliyanın “Santos” klubu isə artıq onun ölümünə hazırlaşır. Belə ki, komandanın stadionunda artıq Futbol Kralına həsr olunmuş qızıl tabut qoyulub.

    Əfsanəvi keçmiş forvard yaxın bir neçə saat ərzində dünyasını dəyişərsə, arenanın azarkeşlərin toplaşacağı yerə çevriləcəyi gözlənilir.
    Bugun.tv-nin əldə etdiyi məlumata görə, Pelenin vəziyyətinin pisləşdiyini eşidən ailəsi hazırda onun yanına toplaşıb.Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR