AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq”

  • + A
  • - A
  • 27-12-2022, 16:20

    PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq”


    “Azərbaycan Superkubokunu bərpa etməyə çalışırıq”.

    Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov məlumat verib.

    Qurum rəhbəri bildirib ki, mövsümün sonunda Superkubokun təşkili məsələsi artıq müzakirə olunub:

    “Səmimi deyim ki, problemimiz Superkuboku nə vaxt keçirməyimizlə bağlıdır. Çünki təqvim çox sıxdır, bu matçı əlavə etməyə yer yoxdur. Yenə də çalışırıq ki, mövsümün sonu üçün təqvimə Superkuboku əlavə edək. Ancaq indidən buna söz verə bilmərəm”.

    Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 2013-cü ildə keçirilib. Naxçıvanda baş tutan həlledici qarşılaşmada “Xəzər Lənkəran” “Neftçi”ni (2:1) məğlub edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR