AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb

  • + A
  • - A
  • 9-01-2023, 21:04

    Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb

    Yanvarın 9-da gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb. Qeyd edək ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir. Tədbirdə idmançıları salamlayan Fərid Qayıbov bildirib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir, yeni ildə böyük qələbələr arzulayıb. Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.

    Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adlarına, “Respublika Dərəcəli Hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nşanları və vəsiqlər təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR