AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunu keçirilib

  • + A
  • - A
  • 10-02-2023, 23:40

    Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin növbəti oyunu keçirilib

    Bu gün Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK və “Neftçi”lə üz-üzə gəlib. Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18.

    Azadmedia az xəbər verir ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” - "Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub. Müraciətdə V turda keçirilən “Xarı bülbül” - “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub.
    Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.

    Turnir cədvəli : “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

    VI tur
    MOİK - “Neftçi” 0:3 (18:25, 23:25, 18:25)
    🛑“Xarı bülbül” - “Murov”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR