AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Triatlon Federasiyasının növbəti yarışı uğurla başa çatdı

  • + A
  • - A
  • 13-02-2023, 12:56

    Triatlon Federasiyasının növbəti yarışı uğurla başa çatdı

    11-12 fevral tarixlərində Bakı Su İdmanı Sarayında “Triterra Triathlon Club”-unun təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti “Aquathlon” yarışı baş tutdu. Klubdan Azadmedia.az-a verilən məlumata görə 45 idmançının iştirak etdiyi yarış “Absolute” və müxtəlif yaş kateqoriyalarından ibarət idi. Yarışın ilk günündə 1500 metr məsafədə üzgüçülük mərhələsi yer almışdı. İkinci gün isə 10 km məsafə üzrə qaçış yarışına həsr olunmuşdu. “Absolute” kateqoriyasının kişilər arası qalibləri ardıcıl olaraq
    Togrul Məmmədli, Kam Bular və Vitaliy Yakovlev oldular. Qadınlardan birinci yerə
    Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə Adilə Süleymanova yiyələndi. Komandalar arası gərgin rəqabətdə 3 qalib təyin olundu: birinci yer “Triterra” idman klubu, ikinci yer “Alphatriclub” idman klubu,
    üçüncü yer isə “TriStar”idman klubu.
    Qeyd edək ki, yarış PMD Group-un və “Alufar” MMC-nin dəstəyi ilə həyata keçdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR