AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cüdoçu Zelim Kotsoyev Olimpiya Dünya Reytinq siyahısında birinci oldu

  • + A
  • - A
  • 20-02-2023, 16:44

    Cüdoçu Zelim Kotsoyev Olimpiya Dünya Reytinq siyahısında birinci oldu

    Fevralın 18-i Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin son günündə -100 kq. çəkidə mübarizə aparan idmançımız Zelim Kotsoyev finalda niderlandlı Mixael Korrela qalib gələrək qızıl medal qazandı. Qeyd edək ki, niderlandlı idmançı öz çəkisində dünya reytinqində hal-hazırda birinci yerdədir.

    Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc olunan məqaləyə əsasən Azadmedia.az xəbər verir ki, Zelim Kotsoyev dünya cüdo turunda artıq stabil və davamlı nəticə əldə edib. O, ardıcıl olaraq böyüklər arasında Daşkənd Dünya çempionatında, İsraildə keçirilən Masters turnirində və Paris Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

    Müəllifin sözlərinə görə, iki idmançı arasında fərq az idi: Korrel dünya reytinqində 2-ci, Kotsoyev isə 3-cü yerdə idi. Final görüşü zamanı Korrel iki “şido” aldı. Niderlandlı idmançı Kotsoyevin sürətinə çata bilmirdi və idmançımız “sato-makikomi” nümayiş etdirərək “ippon” -la qalib gəldi.

    Hal-hazırda, Zelim Kotsoyev Olimpiya Dünya Reytinq siyahısında -100 kq. çəki dərəcəsində birinci yerdə qərarlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR