AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gimnastlarımız Latviyada yeddi medal qazandılar

  • + A
  • - A
  • 5-03-2023, 10:20

    Gimnastlarımız Latviyada yeddi medal qazandılar


    Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə keçirilən "Little Tigers Cup" adlı beynəlxalq turnirdə yeniyetmə gimnastlarımız 1 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər.

    AzadMedia.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, komandamızın üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib olub. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR