AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan dostluq görüşündə qələbə qazandı

  • + A
  • - A
  • 6-03-2023, 11:10

    Azərbaycan dostluq görüşündə qələbə qazandı

    Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir. Bu dəfə Azərbaycan və Malaziya şahmatçıları arasında dostluq görüşü keçirilib.
    Ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun maraqlı mübarizə ilə yadda qalıb. Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil edib.
    Dostluq görüşü 4,5-3,5 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb. Təmsilçilərimiz arasında ən yaxşı nəticə Xanım İsmayılovaya məxsusdur. Şahmatçımız hər iki görüşündə qələbə qazanıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR