AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Super Liqası bu tarixdən start götürəcək - SON DƏQİQƏ

  • + A
  • - A
  • 28-03-2023, 20:40

    Avropa Super Liqası bu tarixdən start götürəcək -


    Avropa Super Liqasının start götürəcəyi tarix açıqlanıb.

    "Mundo Deportivo" nəşri xəbər verir ki, turnir 2025-ci ildən keçirilməyə başlanacaq.

    Bununla belə, ideyanın müəllifi olan A22 şirkəti Beynəlxalq Ədalət Məhkəməsinin UEFA və FİFA ilə bağlı verəcəyi qərarı gözləyir. Məhkəmə futbol qurumlarının lehinə qərar çıxararsa, Superliqa müstəqil turnir kimi təşkil olunacaq.

    Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Avropa Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR