AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çempionlar Liqası: İstanbulda ikinci ingilis-italyan finalı

  • + A
  • - A
  • 10-06-2023, 09:31


    Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/23 mövsümünün final oyunu keçiriləcək.

    Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.

    Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

    İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis-italyan dueli baş tutacaq. 2004/05 mövsümündə bu arenada “Milan” və “Liverpul” arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda üç qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər.

    Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı altı finalın yarısından qələbə ilə ayrılıb.

    UEFA Çempionlar Liqası

    Final
    10 iyun

    23:00. “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya)

    Baş hakim: Şimon Marçinyak (Polşa)

    İstanbul, Atatürk Olimpiya Stadionu

    Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR