AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyanın ən bahalı futbolçusunun adı açıqlandı — FOTO

  • + A
  • - A
  • 5-06-2018, 10:17

    Dünyanın ən bahalı futbolçusunun adı açıqlandı — FOTO















    "Tottenhem" klubunun hücumçusu Harri Keyn "CIES Football Observatory" tərəfindən ötən sezon üçün dünyanın ən bahalı futbolçusu seçilib.
    Keynin qiyməti 201,2 milyon avro dəyərində qiymətləndirilib.

    İkinci yerdə "PSJ"nin forvardı Neymar (195,7 milyon avro), üçüncü yerdə "PSJ"nin daha bir hücumçusu Kilian Mbappe (186,5 milyon avro), dördüncü yerdə isə 184,2 milyon avro dəyəri ilə "Barselona"lı Lionel Messi qərarlaşıb.
    İlk 5-liyi 171,3 milyon avro dəyəri ilə Misir millisi və "Liverpul"un ulduzu Məhəmməd Salah tamamlayır.

    Qeyd edək ki, "Real Madrid"in forvardı Kriştianu Ronaldu (103,4 milyon avro) siyahıda 24-cü yerdə qərarlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR