AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tofiq Musayevlə Nəriman Abbasovun da rəqibləri açıqlandı

  • + A
  • - A
  • 17-09-2023, 19:00

    Tofiq Musayevlə Nəriman Abbasovun da rəqibləri açıqlandı


    Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçülərinin “Rizin” turnirindəki növbəti rəqibləri bəlli olub.

    Təmsilçilərimiz Vüqar Kərəmov, Tofiq Musayev və Nəriman Abbasov noyabrın 4-də “Rizin” çərçivəsində Bakıda təşkil olunacaq “Landmark 7” turnirində qüvvəsini sınayacaqlar.

    Milli Gimnastika Arenasında keçiriləcək turnirin əsas döyüşündə Kərəmov yaponiyalı Çihiro Suzukini sınağa çəkəcək. İki ay öncə dünya çempionu kəmərinə yiyələnən idmançımız titulunu qorumaq üçün mübarizə aparacaq.
    Musayevin də rəqibi Yaponiya təmsilçisi olacaq. O, Toji Takeda ilə döyüşəcək. Abbasov isə rusiyalı Ali Abdulxalikovu sınağa çəkəcək.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR