AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında II turun oyunları keçirilib

  • + A
  • - A
  • 13-11-2023, 11:02

    Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  II turun oyunları keçirilib

    Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında II turun oyunları keçirilib.
    Birinci turda Danimarkaya uduzan kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə Slovakiya ilə üz-üzə gəlib. Milli 2,5-1,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Rauf Məmmədov Viktor Qaziki məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb.
    Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyanı məğlub edən milli hesabat turunda Niderland şahmatçılarını üstələyib 2,5-1,5. Şahmatçılardan Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıb. Gövhər Beydullayeva isə məğlub olub.
    Bu gün Avropa çempionatında III turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadın şahmatçılar isə Polşa ilə qarşılaşacaq.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR