AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şahmatçı Karlsen beşqat sürətli dünya çempionu oldu

  • + A
  • - A
  • 28-12-2023, 23:48

    Şahmatçı Karlsen beşqat sürətli dünya çempionu oldu

    Norveç şahmatçısı Maqnus Karlsen Dünya Rapid Çempionatının qalibi olub. Bu barədə TASS məlumat yayıb.

    Turnir Səmərqənddə baş tutub.

    13 raundun yekununda Karlsen 10 xal toplayıb. İkinci yeri Sloveniya təmsilçisi Vladimir Fedoseyev (9,5), üçüncü yeri çinli Yu Yangyi (9) tutub. Ruslar arasında ən yaxşısı 9 xalla 5-ci yeri tutan Volodar Murzin olub. Həmçinin ilk onluqda Daniil Dubov - 7-ci yer, Dmitri Andreikin - 9-cu və Aleksandr Qrişuk - 10-cu (hamısı - 9 xal) yer alıb. Şahmat tacı uğrunda iki görüşün iştirakçısı Yan Nepomnyaççi 8 xal toplayaraq 34-cü yeri tutub.

    Sürətli qaydalara əsasən, hər bir oyunçu hər gediş üçün əlavə 10 saniyə olmaqla oyun başına 15 dəqiqə alır. Turnirin qalibi 60 min dollar, gümüş mükafatçı 50 min dollar, bürünc mükafatçı 40 min dollar mükafat alacaq.Blits yarışı dekabrın 29-30-da keçiriləcək.

    Karlsenin 33 yaşı var. O, daha əvvəl 2014, 2015, 2019 və 2022-ci illərdə qalib gələrək beşqat sürətli şahmat üzrə dünya çempionu olub. O, həmçinin blits üzrə altıqat dünya çempionu və 2023-cü il Dünya Kubokunun qalibidir. 2013-cü ildə norveçli klassik şahmat üzrə dünya çempionu olub və 4 dəfə titulunu qoruyub. 2022-ci ilin iyulunda Karlsen dünya şahmat tacı uğrunda görüşdən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR