AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür

  • + A
  • - A
  • 3-01-2024, 11:26

    Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür

    Bu gün 20 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı start götürür.
    Litvanın Şaulyay şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi Estoniya millisidir. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
    Yanvarın 7-dək davam edəcək çempionatda millimiz həmçinin Latviya, Ukrayna, Polşa və ev sahibi Litva komandalarına qarşı mübarizə aparacaq.
    Qeyd edək ki, Şahin Çatmanın rəhbərlik etdiyi komandamıza 14 idmançı cəlb edilib. “AVRO-2024”ə seçmə xarakteri daşıyan yarışda birinci olan komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

    Oyun cədvəli
    3 yanvar
    14:00. Azərbaycan – Estoniya
    4 yanvar
    14:00. Azərbaycan – Latviya
    5 yanvar
    16:30. Azərbaycan – Ukrayna
    6 yanvar
    19:00. Azərbaycan – Litva
    7 yanvar
    16:30. Azərbaycan - Polşa

    U-20 millimizin heyəti:
    Oyunçular: Lamiyə Məmmədova, Fatimə Hüseynova, Ariadna Neçay, Xanım Cəlilova, Aişə Alismanova, Fizzə Qocayeva, Məleykə Məmmədova, Arzu Allahverdiyeva, Nəzrin Kərimli, Nəzrin Əhmədli, Sona Atayeva, Ülkər Allahverdiyeva, Fəridə İbrahimova, Vlada, Kavtunova.
    Baş məşqçi - Şahin Çatma
    Köməkçi məşqçilər - Səbinə Yarməmmədova, Murat Tanrıverdi, Kadir Çevik,
    Menecer- Yelena Parxomenko
    Həkim - Sevinc Nəcəfova

    Komandamıza uğurlar arzu edirik


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR