AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan, Ermənistan və Gürcüstan Millətlər Liqasındakı rəqiblərini tanıyıb

  • + A
  • - A
  • 9-02-2024, 10:26

    Azərbaycan, Ermənistan və Gürcüstan Millətlər Liqasındakı rəqiblərini tanıyıb

    Fransada Çempionlar Liqasının 2024/25 mövsümünün püşkatma mərasimi keçirilib. Azərbaycan, Ermənistan və Gürcüstan yığmaları turnirin qrup mərhələsindəki rəqiblərini tanıyıb.
    Fevralın 8-də Parisdə Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

    Azərbaycan millisi C Liqasının 1-ci qrupunda yer alıb. Onun dördlükdəki rəqibləri Slovakiya, İsveç və Estoniya yığmaları olub.

    Ermənistan millisi də həmin C Liqasında mübarizə aparacaq. Latviya, Şimali Makedoniya və Farer adaları komandaları ilə birlikdə erməni futbolçular 4-cü qrupa düşmüşlər.

    Gürcüstan millisi B Liqasının 1-ci qrupunda çıxış edəcək. Albaniya, Ukrayna və Çexiya komandaları ilə mübarizə aparacaq.

    Bütün liqaların tərkibi aşağıdakı kimidir:

    Liqa A

    1-ci qrup: Polşa, Portuqaliya, Xorvatiya, Şotlandiya

    2-ci qrup: Belçika, İsrail, İtaliya, Fransa

    3-cü qrup: Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Hollandiya

    4-cü qrup: Danimarka, İspaniya, Serbiya, İsveçrə

    Liqa B

    1-ci qrup: Albaniya, Gürcüstan, Ukrayna, Çexiya

    2-ci qrup: İngiltərə, Yunanıstan, İrlandiya, Finlandiya

    3-cü qrup: Avstriya, Qazaxıstan, Norveç, Sloveniya

    4-cü qrup: İslandiya, Türkiyə, Uels, Monteneqro

    C Liqası

    1-ci qrup: Azərbaycan, Slovakiya, İsveç, Estoniya

    2-ci qrup: Cəbəllütariq/Litva, Kipr, Kosovo, Rumıniya

    3-cü qrup: Belarus, Bolqarıstan, Lüksemburq, Şimali İrlandiya

    4-cü qrup: Ermənistan, Latviya, Şimali Makedoniya, Farer adaları

    Liqa D

    1-ci qrup: Gibraltar/Litva, Lixtenşteyn, San Marino

    2-ci qrup: Andorra, Malta, Moldova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR